Ədliyyə Nazirliyindən hüquq müdafiəçisinə “yaşıl işıq”

Elçin Behbudov: “Zəng edib dedilər ki, türmələrə getməyimə nazirlik qadağa qoymayıb”

İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin rəhbəri, hüquq müdafiəçisi Elçin Behbudova “Yeni Müsavat”a açıqlamasında dediyi fikirlərlə bağlı Ədliyyə Nazirliyindən zəng ediblər. Hüquq müdafiəçisi ötən sayımızda yer alan “Keçmiş qadın məhkumdan “Lamiyənin işi” ilə bağlı şok açıqlamalar” sərlövhəli yazıda cəzaçəkmə yerlərinin monitorinqindən uzaqlaşdırılması məsələsinin PX rəisi Mədət Quliyevin iradəsindən kənar olduğunu demişdi.

Həmin yazıdan sitat: “Mənim hüquq müdafiəçisi kimi cəzaçəkmə yerlərinin monitorinqinə buraxılmamağım Mədət müəllimlik deyil. Burada Ədliyyə Nazirliyi rol oynayır. Mədət Quliyev ora tabedir”.

Dünən redaksiyamızala əlaqə saxlayan E.Behbudov bildirdi ki, onun fikirlərinin yer aldığı yazı dərc olunandan sonra Ədliyyə Nazırliyindən ona zəng olub: “Zəng edib dedilər ki, türmələrə getməyimə Ədliyyə Nazirliyi qadağa qoymayıb. Cəzaçəkmə yerlərində monitorinq aparmağımla bağlı məsləhət bildilər ki, müvafiq olaraq Penitensiar Xidmətlə əlaqə saxlayım. Mən bilirdim ki, ədliyyə naziri belə hallara yol verməz. Fikrət müəllimin mənə münasibəti həmişə səmimi olub”.

Qeyd edək ki, E.Behbudov uzun müddətdir ki, Ədliyyə Nazirliyinin (ƏN) baş idarə səlahiyyətli müstəqil struktur qurumu olan Penitensiar Xidmətin (PX) tabeliyindəki cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında monitorinq apara bilmir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar