MN: “Bu, ermənilərə xas olan açıq-aydın həqiqəti inkaretmə variantıdır”"

"Bu, tipik və yalnız ermənilərə xas olan açıq-aydın həqiqəti inkaretmə variantıdır”.

Bu barədə Azərbaycan Müdafiə Nazirlyinin APA-nın sorğusuna cavabında bildirilir.

“Ermənistan Müdafiə Nazirliyinin “başbilən” təbliğatçıları növbəti dəfə düşdükləri bu xoşagəlməz və acınacaqlı vəziyyətdən çıxış yolunu tapmaq üçün həddindən çox fikirləşdilər. Düşünüb-daşınıb tapdıqları, ağıllarına gələn isə yenə də erməniyə xas, gülüşə səbəb olan erməni yalanıdır. Hadisə ilə bağlı hər hansı əlavə şərh artıqdır və yersizdir”, - deyə nazirlikdən bildiriblər.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi news.am saytına açıqlamasında Azərbaycan Müdafiə Nazirliyinin ermənilərə məxsus PUA-nın vurulması xəbərini təkzib edib. O, Azərbaycanın öz PUA-nı vurduğunu söyləyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar