Azərbaycanlı hərbçi həlak oldu - VİDEO

Ukraynada ordusunda separatçılara qarşı döyüşən azərbaycanlı hərbçi həlak oldub.

ANS PRESS-in məlumatına görə, həmyerlimiz Bəşirov Tahirin Luqansk vilayətində separaatçılarla gedən döyüşlərdə həlak olduğu bildirilir.

Ukrayna ordusunda xidmət edən 30 yaşlı Tahir Bəşirovun minaya düşdüyü bildirilir. Soydaşımız bu gün Kiyev şəhərində dəfn olunub.

Məlumata görə, dəfn mərasimində Ukraynanın rəsmi nümayəndələri ilə yanaşı, bu ölkədə yaşayan azərbaycanlılar da iştirak edib.

ANS PRESS-in əldə etdiyi məlumata görə, son döyüşlərdə daha bir azərbaycanlı hərbçi yaralanıb. Hazırda həmin şəxsin kimliyi ilə bağlı araşdırmalarımız davam edir.

Əlavə məlumat veriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar