AŞPA-nı tərk edən rusiyalı deputatlardan BİABIRÇI HƏRƏKƏT

Sanksiyaya tuş gələn Rusiya nümayəndə heyəti çıxıb gedərkən öz kabinetlərindən nə mümkünsə, hamısını yığışdıraraq aparıblar. Musavat.com xarici qaynağa istinadla bildirir ki, Avropa Şurası Parlament Assambleyası (AŞPA) rusiyalı deputatların hərəkətindən melodramatik şok içindədir.

Səbəb də odur ki, onlar kabinetləri tərk edərkən hətta otaqdakı elektrik lampalarını da açıb götürüblər. “Onlar öz kabinetlərini qapıları möhkəm çırparaq, hay-küylə tərk elədilər. Ancaq bundan öncə otaqları əməllicə təmizlədilər – dəftər-qələm ləvazimatını (qələmlər, karandaşlar, A-4 kağızları, və s.), bəzi yerlərdə elektrik lampalarını açıb götürdülər. Hətta tualetdəki sabunu və tualet kağızını də yığışdırdılar”, - deyə mənbə qeyd edir.

Xatırladaq ki, dünən AŞPA ilin sonunadək Rusiyanın təşkilatda səs hüququndan məhrum edən qətnamə qəbul edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar