Arif Hacılı Milli Şuraya dava saldı (FOTOLAR)

Milli Şuranın hazırda davam edən sessiyasında Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılının çıxışından sonra gərginlik yaranıb. Arif Hacılı Milli Şuraya daxil olan əksər şəxslərin və qurumların real siyasi qüvvə olmadığını və heç bir iş görmədiyini bildirib. O, R.İbrahimbəyovun sədrlikdən getməsinə tərəfdar olduğunu vurğulayıb. Həmçinin qeyd etdi ki, kiminsə etdiklərini diqqətə çatdırmaq üçün başqalarının əməyini aşağılamaq lazım deyil: “2003-cü ildə siyasi mübarizəyə qoşulan ziyalıların sayı Milli Şurada olanlardan dəfələrlə çox idi. Başqalarının gördüklərini sıfırlamaq lazım deyil. Biz hansı daha böyük birliyə nail olmağımızdan qürurlanırıq? Bizə amorf, yoxsa real birlik lazımdır?”.

Virtualaz.org-un məlumatına görə, A.Hacılının ünvanına sərt etirazlar bildirilərkən Müsavat Partiyası Divanının üzvü ilə A.Hacılını tənqid edən şəxslər arasında qarşıdurma yaranıb. Mübahisə əlbəyaxa davaya çevrilib. Sessiya bu gərginlik içində davam edir.

V.Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar