İlham Rəhimovun şərikləri icarədən nə qədər qazanır? - Şok rəqəm

Dünyaca məşhur “Forbes” jurnalı 2014-cü ildə bu və ya digər obyektləri icarəyə verməklə ən çox qazananların siyahısını dərc edib. İlk sırada əslən Quba rayonundan olan Zarah İliyev və Qod Nisanovun sahibi olduğu “Kievskaya ploşad” şirkəti gəlir.

Axar.az xəbər verir ki, həmyerlilərimizin icarədən bir ildə qazandığı paranın miqdarı 1,4 milyard dollar təşkil edir. Bu şirkətə daxil olan “Fud Siti” (350 000 kv.m), “Radisson Royal Moscov” və “Yevropeyski”nin (63 000 kv. m) illik icarəsi, habelə əlavə daha 12 min kvadratmetr ərazidən gələn gəlirlə həmyerlilərimiz bu sahədə dünya liderləridir.

Xəbərdə bildirilir ki, bu pulu onlar Moskvanın işgüzar rayonu sayılan Moskva-Sitidə daha bir neçə obyekti almağa sərf edəcəklər.

Qeyd edək ki, “Forbes” hələ bir neçə il əvvəl dərc etdiyi məqalədə Zarah İliyev və Qod Nisanova məxsus biznes subyektlərində Putinin dostu kimi tanınan İlham Rəhimovun 10-15 faiz payının olduğunu bildirilirdi. İlham Rəhimova bu payın onların biznesini himayə etməsi müqabilində verildiyi iddia olunurdu. Ancaq İlham Rəhimov Zarah İliyev və Qod Nisanovla şərik olduğunu iddia edir. İstənilən halda Zarah İliyev və Qod Nisanovun qazandıqlarından ona da pay düşür.

Rasim

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar