Navalny xalqı küçəyə tökülməyə çağırdı

Rusiya müxalifət liderlərində olan Aleksey Navalny xalqı martın 1-də küçələrə çıxmağa çağırıb. Navalny xalqı "böhrana qarşı bahar gedişi" şüarı altında keçiriləcək nümayişdə iştirak etməyə çağırıb. Rusiya prezidenti Vladimir Putinin ölkəni böhrandan çıxara bilmədiyini bildirən 38 yaşlı müxalif lider, hökuməti istefaya çağırıb. Navalny, neft gəlirlərinə baxmayaraq, Putinin ölkəni çıxılmaz vəziyyətə saldığını və böhrana sürüklədiyini bildirib. O, 1 mart təşəbbüsünə digər müxalifət nümayəndələrinin də dəstək verdiyini bildirib.(azadliq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar