"Fətullah Gülən Amerikada qala bilməz"- Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan TRT 1 və "TRT Haber" telekanallarının canlı yayımında jurnalistlərin suallarını cavablandırıb. Musavat.com xəbər verir ki, o, Fətullah Gülənlə bağlı suala da cavab verib. Türkiyə prezidenti deyib ki, ABŞ-da yaşayan Fətullah Gülənin ekstradisiyasını yox, deportasiya olunmasını istəyir. "Deportasiya edilsin və Amerika ən azı "Strateji müttəfiqəm" və "Model ortağıyıq" dediyi Türkiyə qarşısında vəzifəsini yerinə yetirsin. Belə bir mütəşəkkil dəstə başçısı bundan sonra Amerikada qala bilməz. Çünki, bu, Amerika-Türkiyə münasibəıtləri baxımından önəmlidir".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar