Əfqanıstanda 3 amerikalı hərbçi öldürüldü

“Reuters”in Əfqanıstan paytaxtı Kabildən verdiyi xəbərdə deyilir ki, hərbi hava limanında əfqan əsgər avtomatdan atəş açaraq müqavilə əsasında bu ölkədə xidmət edən 3 nəfər amerikalını öldürüb, 4 nəfəri isə yaralayıb. Hadisə cümə axşamı baş verib.

“Bu hadisənin baş vermə səbəbi bəlli deyil. Bəlli olan odur ki, hazırda istintaq gedir”.

Əfqanıstandakı beynəlxalq hərbi alyansa daxil olan qüvvələr bu hərbi hava limanında atışmanın olması faktını təsdiq ediblər.

Qeyd edək ki, Əfqanıstanda dəfələrlə bu kimi insident baş verib. Taliban təfərindən öyrədilmiş əfqan əsgərlər Amerikalı hərbçiləri hədəf alıblar. Hətta 3-4 ay öncə ABŞ-dan olan general da belə bir terror aktının qurbanı olmuşdu.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar