Rusiya Cənubi Osetiyanı da anneksiya edir

Rusiya Gürcüstanın Cənubi Osetiya regionunu Ukraynanın Krım yarımadası kimi anneksiya edə bilər. Bu xəbərdarlığı Gürcüstanın xarici işlər naziri Tamar Beruchashvili edib.

Beruchashvili Vaşinqtonda Azadlıq Radiosuna müsahibə verib, deyib ki, "növbəti addım Cənubi Osetiyadı; Krıma oxşar ssenarinin təkrarlana biləcəyi və Cənubi Osetiyanın anneksiya oluna biləcəyinə dair siqnallar var". Onun sözlərinə görə, Cənubi Osetiya da Krımın martda etdiyi kimi referendum keçirə və göstərə bilər ki, yerli əhali Rusiyaya qoşulmaq istəyir.

Rusiya 2008-ci ildə Gürcüstanla qısa müharibədən sonra Cənubi Osetiyanı müstəqil dövlət kimi tanıyıb. Cənubi Osetiyanın de fakto lideri Leonid Tibilov deyib ki, gələn aylarda Rusiya ilə Cənubi Osetiya münasibətlərin gücləndirilməsi üzrə pakt imzalayacaqlar. Beruchashvili-nin sözlərinə görə, Gürcüstanın Cənubi Osetiya və Abxaziya separatçı bölgələrində 11 min 500 Rusiya əsgəri var.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar