“Aydar” batalyonu ləğv olunur

Ukraynada “Aydar” batalyonunun ləğv olunmasına dair qərar verilib.

APA-nın “Ukrainskaya Pravda”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Aydar” batalyonunun mətbuat katibi Yuliya Yevdokimova bildirib.

“Batalyon buraxılır, çünki ön cəbhədə könüllülərdən ibarət batalyonlarının olması sərf etmir. Onların hamısı alay və briqadalara qatılacaq. Əsaslı “təmizlənmə” işi gedir”, deyə Yevdokimova bildirib.

Yuliya Yevdokimova, həmçinin, hərbi prokurorluq tərəfindən “Aydar” batalyonunun bir neçə döyüşçüsünə qarşı cinayət işinin başlandığını təsdiqləyib.

O əlavə edib ki, bu gün, yanvarın 30-da Ukrayna Müdafiə Nazirliyinin qarşısında batalyonun buraxılmasına etiraz əlaməti olaraq aksiya keçiriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar