İŞİD-in girovlar üçün qoyduğu müddət bitdi

İslam Dövləti (İD) silahlı qruplaşmasının iki girovun öldürülməsi üçün qoyduğu vaxt bitib.

Yapon jurnalist Kenji Goto və iordaniyalı pilot Muath al-Kasaesbeh-in taleyi naməlumdur. Yaponiya və İordaniya rəsmiləri informasiya əldə etməyə çalışırlar. Yaponiyanın baş naziri Shinzo Abe yanvarın 30-da parlamentdə deyib ki, hökumət İordaniya və digər ölkələrdən əməkdaşlıq istəyib.

İD yaraqlıları yanvarın 29-da Goto-nun səsi olduğu bildirilən audio yayıb. Həmin yazıda deyilir ki, yanvarın 29-u gün batanadək bir iraqlı əsir qaytarılmasa, pilot öldürüləcək. (Azadlıq radiosu)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar