Rusiya bombardmançı təyyarələri Britaniya səmasında - Müharibə hazırlıqları

Rusiyanın iki uzaqmənzilli bombardmançı təyyarəsi Britaniyanın hava məkanına yaxın məsafədə uçarkən sərnişin təyyarələri üçün real təhlükə yaradıb.Çərşənbə günü Rusiyanın Böyük Britaniyadakı səfiri izahat üçün Xarici İşlər Nazirliyinə dəvət edilib.

Britaniya mətbuatı yazır ki, bu insidenti Rusiyanın gərginliyi “eskalasiya” etməsi kimi qiymətləndirmək olar, çünki indiyədək Rusiyanın hərbi təyyarələri yalnız şimalda, Şortlandiya sahillərinə yaxın ərazidə uçuşlar edirdi.

Rusiyanın Birləşmiş Krallıqdakı səfiri Alexander Yakovenko Xarici İşlər Nazirliyinə çağırılıb və ondan hərbi təyyarələrin sərnişin təyyarələrinə niyə bu qədər yaxın uçması barədə izahat istənib.

“Ayı” adı ilə tanınan iki “Tupolev-95” təyyarəsini müşaiyət etmək üçün Britaniya Kral Hərbi Hava Qüvvələrinin iki “Typhoon” qırıcısı havaya qaldırılıb.

“Tuplev-95” təyyarələrinin nüvə silahı daşımağa qabil olduğu məlumdur.

Sərnişin təyyarələri pərən salınıb

Hökumət mənbələri bildirirlər ki, Rusiyanın hərbi təyyarələri bu dəfə də transponder cihazları söndürülmüş vəziyyətdə uçublar, bu isə onları sərnişin təyyarələrinin radarları üçün “görünməz” edir.

Rusiya təyyarələrinin bu manevri ilə əlaqədar Britaniyaya gəlməkdə olan bir neçə sərnişin təyyarəsinin kursu toqquşma təhlükəsindən yayındırmaq məqsədilə dəyişdirilib və sərnişin təyyarələrindən biri ölkənin başqa aeroportuna enməli olub.

Britaniyanın Xarici İşlər Nazirliyi bildirir ki, Rusiyanın hərbi təyyarələri son aylarda beynəlxalq hava məkanında, lakin ölkənin sərhədlərinə çox yaxın məsafədə buna bənzər uçuşlar edir.

Hərbi ekspertlər bildirirlər ki, Rusiya təyyarəçilərinin radarları söndürməsi, dispetçerlərin çağırışlarına səs verməməsi “əsəblərdə oynamaq” məqsədi güdür.

[caption id="attachment_90465" align="alignleft" width="300"]

Rusiyaya məxsus "Ayı" bombardmançı təyyarəsinin bu fotosu Britaniya qırıcısından ötən oktyabrda baş vermiş insident zamanı çəkilib[/caption]

Gəldikləri yolla qayıdıblar

Rusiya təyyarələri yalnız uzun məsafəli radarlara düşdükdən sonra Kral Hərbi Hava Qüvvələrinin qırıcıları Linkolnşir əyalətindəki bazadan havaya qaldırılıb.

Şimaldan, İrlandiya sahilləri tərəfdən gələn Rusiya hərbi təyyarələri La Manş boğazı üzərində uçduqdan sonra gəldikləri trayektoriya ilə geri qaydıb.

Britaniya qırıcıları Rusiya bombardmançılarını 300 metrlik məsafədə uçmaqla yarım saatadək müşaiyət ediblər.

Britaniya Hərbi Hava Qüvvələrinin komandanlığı bildirir ki, La Manş sərnişin təyyarələrinin ən sıx uçuşlar etdiyi məkanlardan biridir və bu ərazidə hərbi təyyarələrin siqnalsız uçuşları son dərəcə təhlükəli ola bilər.

Britaniyaya qarşı təcavüz

Ekspertlər deyirlər ki, beynəlxalq standartlarla Rusiya təyyarələrinin manevrləri “Britaniyaya qarşı təcavüz” kimi qiymətləndirilə bilər.

Xəbər verilir ki, ötən il Rusiya hərbi təyyarələri 100 belə “manevr” edib.

Bu, 2013-cü ildə olduğundan üç dəfə çoxdur.

Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Rusiya təyyarələri ölkənin hava sərhədlərini pozmasa da, Britaniyanın “maraq məkanı”nda uçublar.

Belə işi yalnız Rusiya görə bilər

Hərbi mənbələrdən biri qeyd edib ki, iki strateji bombardmançının ölkə sərhədinin yaxınlığında uçması adi hal hesab edilə biləz.

“The Guardian” qəzeti yazır ki, bəzi müşahidəçilər bu insidenti bu həftə Londonda başlamış “Litvinenko dinləməsi” ilə əlaqələndirirlər.

Britaniya iki keçmiş DTK agentinə qarşı rəsmi qətl ittihamı irəli sürüb.

2006-cı ildə Rusiya xüsusi xidmətləri tərəfindən zəhərləndiyi iddia edilən Litvinenko-nun həyat yoldaşını təmsil edən vəkil bu qətldə birbaşa prezident Putini ittiham edib.

Adının çəkilməsini istəməyən hökumət rəsmisi Reuters agentliyinə verdiyi şərhdə insidenti “çox təhlükəli” adlandırıb.

“Belə insidenti kim törədə bilər? Əlbəttə, yalnız Rusiya” – deyib mənbə. (Azadlıq radiosu)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar