"GÜLƏN MƏKTƏBLƏRİ" YENİDƏN AÇILIR - Sistem dəyişikliyi

GulenTürkiyə dövləti “Camaat məktəbləri” kimi tanınan xaricdəki türk məktəblərini satın almağı nəzərdən keçirir. “Marja” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Baş nazirin müavini Bülent Arınç xaricdəki türk məktəbləri ilə bağlı düşünülən sistem dəyişikliyi barədə məlumat verib. Arınç, xaricdəki məktəblərə müxtəlif aspektlərdən baxılması lazım olan bir məsələ olduğuna diqqəti çəkərək, bunları qeyd edib:

bulent arınç “Bunlar xaricdə Türkiyə Cümhuriyyəti vətəndaşlarının köməyi ilə açılmış məktəblərdir. Bəli, bunlar “camaat məktəbləri” olaraq tanınırlar. Bu məktəblərin Paralel Dövlət Quruculuğuna xidmət etdiyi, Türkiyə əleyhinə işlər gördüyü nəzərə alınaraq, bu sahədə islahatların aparılmasına qərar verilib. Türkiyə Cümhuriyyəti vətəndaşlarının köməyi ilə yaradılmış şirkət şəklində, dərnək şəklində və ya Türkiyədən idarə olunan, ya da o ölkələrdə tərəfdaşlıqlar qurmaq yolu ilə açılan kommersiya məqsədli məktəblər var. Bunların hər birinə müdaxilə etmək mümkün deyil. Yəni biz hüquqi yolla hərəkət edəcəyik. O ölkələrin öz qanunları var, onların hüquqi içərisində məsələyə baxmağımız lazımdır”.

“YENİ MƏKTƏBLƏR AÇACAĞIQ"

Arınç, həmin məktəblərdən bəzilərinin şirkət tərkibində qurulduğuna və bir şirkətə zorla əl qoyulmasının mümkün olmadığına diqqəti çəkərək, belə deyib: “Şirkətlərin alınması, ya da satın alınması vasitəsilə bu məktəblərdəki təhsil fəaliyyətlərinin davam etdirilməsi düşünülə və ya bunun üçün başqa formullar də nəzərə alına bilər. Amma biz məsələyə üç ölçülü olaraq baxırıq. Birincisi, mövcud məktəblərimizin keyfiyyətinin artırılması. Olduqları ölkələrdəki təhsilin daha keyfiyyətli olması, müəllimlərimizin daha keyfiyyətli olması və şagirdlərin daha yaxşı təhsil alması baxımından mövcud məktəblərimizin həm fiziki imkanlarının, həm də tərbiyəvi imkanlarının yenidən dəstəklənməsi məsələsidir. İkincisi, xaricindəki Türkiyə Cümhuriyyəti vətəndaşlarının müxtəlif formalarda qurmuş olduqları və davam edən məktəblərin mümkünsə alınması vasitəsilə fəaliyyətlərinin davam etdirilməsi. Üçüncüsü də, yeni açacağımız məktəblər. Bunu bir bir fond yaratmaq vasitəsilə həyata keçirməyi düşünürük”.

Qeyd edək ki, ötən il Azərbaycanda fəaliyyətləri zərərli hesab edildildiyindən "Araz Kursları” və onun təsisçisi olduğu türk liseyləri ləğv edilmişdir. Belə bir addımı Qambiyada atmışdır. Türk liseyləri dünyanın 160 ölkəsində fəaliyyət göstərir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar