“Kürd dövlətindən imtina etdim, çünki ...” - Öcalan

Ocalan02"Mənim üçün İmralı həbsxanası kürd faktını, münaqişəni qavramaq və həll imkanlarını qurmaq baxımından tam bir həqiqət meydanına çevrildi”.  Aznews. az xəbər verir ki, bu sözləri PKK lideri Abdulla Öcalan özünün “Kürd Problemi və Demokratik Millət Həlli” kitabında yazıb. Təxminən 16 ildir ki, həbsxanada olan Öcalan öz kitabında qadın-kişi münasibətlərindən, din və təriqətlərdən, millət dövlət və digər bir çox məsələlərdən söz açıb. Öcalan zindandan çıxma ehtimalını də ilk dəfə dilə gətirib və çıxarsa harada, necə yaşayacağına dair ipucu verib: "Adadakı həyatımla bağlı olaraq verilən suallardan biri “Zindandan çıxandan sonra harada və necə yaşayacağam?”dır. Mən xəyalpərəst şəxsiyyət deyiləm. İnqilabi realizm deyilən bir həyat tərzinin sahibi olduğum çox yaxşı bilinməlidir...

...Hələ uşaqlıq dövrümdə kəndin alimlərindən sayılan biri hal və hərəkətlərimi müşahidə edərkən belə bir cümlə söyləmişdi: “Yerində otur, səndə civə var”. Məlum olduğu kimi, civə çox axıcı bir elementdir, mən də məhz elə hərəkətli birisiydim. Mifoloji tanrıları düşünsəydilər, İmralı qayalarına bağlamaq qədər ağır bir cəza ağıllarına belə gəlmirdi. İmralı tarixdə dövlətin yüksək rəsmilərinə verilən cəzaların edam edildiyi bir ada olmaqla məşhurdur. İqlim, həm çox rütubətlidir, həm də çox sərtdir. Qapalı otaq da buna əlavə olunanda təsir daha da artır. Həmçinin yaşlanma prosesinin başlanğıcında adaya gəldim. Uzun müddət Xüsusi Qüvvələr Komandanlığının nəzarətində saxlanmışam. Son iki ildir ki, Ədliyyə Nazirliyinin nəzarətindəyəm...

...Mənim üçün İmralı həbsxanası kürd faktını, münaqişəni qavramaq və həll imkanlarını qurmaq baxımından tam bir həqiqət meydanına çevrildi. Xüsusilə milli dövlətçilikdən imtina etmək mənim üçün çox vacib idi. Bu anlayış mənim üçün uzun müddət heç vaxt dəyişdirilməməsi mümkün olmayan bir fikir idi..."

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar