“Putin ucuz yox, bahalı fahişədir” -Rusiyalı politoloq

Rusiyalı politoloq Stanislav Belkovski ölkəsinin Avropa Şurası Parlament Assambleyasında səsvermə hüququndan məhrum edilməsini Putinin siyasi məğlubiyyəti adlandırıb. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, politoloq rəsmi Moskvanın AŞPA-da dəstək qazanmaq üçün böyük pullar xərclədiyini də xatırladıb: “Rusiyanın səsvermə hüququndan məhrum edilməsi Putinin zəif yerinə zərbədir. Xüsusən nəzərə alsaq ki, Kreml AŞPA-da özünə dəstək qazanmaq üçün çoxlu maliyyə xərcləmişdi. Fikirləşirəm ki, Avropa Şurasının Parlament Assambleyasının səlahiyyətləri çox məhdud olsa da, bu hadisə Putinə güclü zərbə vurub”.

Belkovski Putinin Avropadan təcrid olmaq istəmədiyini, əksinə “ağ atın üstündə” yenidən Avropaya qayıtmaq istədiyini düşünür: “Putinin əsas hədəfi ilk növbədə Avropanı onu sevməyə vadar edib, Avropada möhkəmlənməkdi. Özünütəcrid Putinin məqsədi deyil, sadəcə Avropaya təzyiq vasitəsidir”.

Məhz buna görə politoloq Putinin Qərbə sevgi siqnalları göndərəcəyini düşünür: “Putin deyəcək, mən həm müharibə, həm də sülh yarada biləcək dünya siyasətçisiyəm. Gəlin bir-birimizi sevək. Amma mən ucuz yox, bahalı fahişə olduğum üçün mənim diktə etdiyim şərtlər altında. Məni “Solneçnı” motelindən yox, “Kempinski” mehmanxanasından olan fahişə kimi qəbul edin və biz razılığı gələ biləcəyik”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar