Ermənilərdən hökumətə ultimatum

Ermənistanda hökumət fevralın 1-dən “Dövriyyədən vergi haqqında” qanunu qüvvədə saxlarsa, ölkədəki kiçik və orta biznesin nümayəndələri öz fəaliyyətlərini müvəqqəti dayandıracaqlar.

Bunu Ermənistan prezidentinin iqamətgahı qarşısındakı etiraz aksiyasının iştirakçıları bəyan ediblər. Bu barədə Trend Ermənistan mediasına istinadən xəbər verir.

Yanvarın 31-dən ticarətçilər sahibkarlıq fəaliyyətinin müvəqqəti dayandırılması haqqında sənədlərini vergi xidmətinə təqdim etməyə başlayacaqlar. Ərizələr bir paketə toplanaraq hökumətə təqdim olunacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar