"APPLE VƏ RUSİYA" - Düşündürücü müqayisə

İqtisadçı ekspert Natiq Cəfərli getdikcə təcavüzkar siyasəti daha da güclənən Rusiya ilə bağlı qısa, ancaq maraqlı bir təhlil.  Ekspert "Apple və Rusiya" adlı Feysbuk statusunda yazır:

"Rusiya: Əhalisi 146 mln nəfər, dünyanın quru hissəsinin 13%-dən yuxarısına malik ölkə, büdcəsi 439 mlrd. dollar, fond bazarının ümumi dəyəri, yəni Qazprom, Sibneft, Rosneft, Lukoyl və sairə daxil bütün şirkətlərinin bazar dəyəri – 384,9 mlrd. dollar (dekabr ayının 15-ə olan məlumat, indi bir az da düşüb). Rəhmətlik Mendeleyevin yuxuda gördüyü bütün elementlər, təbii sərvətlər bu ölkənin ərazisində var. Dünyada ən çox əkinə yararlı torpağa malik ölkə Rusiyadır.

Apple şirkəti: 2014-cü ilin sonuna şirkətin ümumi bazar dəyəri – 701 mlrd. dollar, yəni bütün Rusiya şirkətlərinin ümumi dəyərindən iki dəfədən də çox, işçi sayı dünya üzrə - 80 min nəfər, 2014-cü ildə satış dövriyyəsi – 182,8 mlrd. dollar, xalis gəliri – 39,5 mlrd. dollar.

Rusiya hələ də elə bilir ki, 2700 nüvə başlığı varsa, böyük ölkədir, hələ də düşünür ki, böyük, güclü, imperial düşüncəli ölkə olmaq ərazilərin böyüməsindən, torpaq tutmaqdan keçir. ABŞ-ın gücü idarəetmə sistemində, elmində, texnologiyalardadır, ən əsası isə - mülkiyyət toxunulmazlığındadır. Ordu, əsgər, tank-top – ikinci dərəcəli məsələdir. Rusiya o boyda sərvətlə ABŞ-ın bir şirkəti qədər ola bilmədi, halbuki, idarəetmə sistemi normal, sivil, ağıllı, İNSAN SİFƏTLİ olsaydı, Rusiya dünyanın ən gözəl, ən cəlbedici, ən yaxşı ölkəsi olardı. Yəni, Rusiya belə axmaq idarəetmə sistemi ilə Qərblə, ABŞ-la qarşıdurmadan qalib çıxa bilməz, çünki ruslar tank döyüşünə hazırlaşır, qanmırlar ki, müasir dünyada müharibələr birjalarda aparılır, iqtisadi “silahlarla”, elmlə, texnologiyalarla olur."

V.Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar