Rezidenturaya qəbul qaydaları açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən “Rezidentura” jurnalının 1-ci sayı nəşr olunub.

TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, jurnalda rezidenturaya qəbul qaydaları, baza fənləri üzrə qəbul proqramları, test tapşırıqlarının elmi-metodiki izahı və tövsiyələr, test tapşırıqları nümunələri təqdim olunub.

Qaydalara əsasən, qəbul imtahanı iki mərhələdə test üsulu ilə keçiriləcək. Qəbul imtahanının birinci mərhələsi mart ayının 15-də, ikinci mərhələsi isə iyul ayının 7-də baş tutacaq.

İmtahanın birinci mərhələsində namizədlərin baza fənləri üzrə bilikləri, ikinci mərhələsində isə ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq. Namizədlərə iki mərhələ üzrə ümumilikdə 200 test tapşırığı təqdim ediləcək. Bunlardan 100-ü baza fənlərinə, 100-ü isə ixtisas fənlərinə aid olacaq. Hər bir test tapşırığının düzgün cavabı bir balla qiymətləndiriləcək, səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərməyəcək. İmtahanın birinci mərhələsindəki nəticələri TQDK-nın müəyyən etdiyi tələbləri ödəyən namizədlər ikinci mərhələyə buraxılacaqlar. İxtisas seçimi imtahanın ikinci mərhələsinin nəticələri elan edildikdən sonra aparılacaq.

Ötən il olduğu kimi, bu il də rezidenturaya qəbul imtahanının test bloklarına açıq tipli test tapşırıqları daxil ediləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar