Xarici turistlər Qarabağda 6,4 milyon dollar xərcləyiblər

Azərbaycanın işğal olunmuş torpaqlarında yaradılan qondarma “Dağlıq Qarabağ Respublikası” 2014-cü ilin turizm göstəricilərini açıqlayıb.

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, qondarma qurumun “turizm idarəsinə” rəhbərlik edən Sergey Şahverdyan 2014-cü ildə Qarabağa gələn turistlərin sayının 2013-cü illə müqayisədə 12 faiz azaldığını etiraf edib. Bununla belə, regionu ziyarət edən bir neçə min əcnəbi turistin il ərzində qondarma qurumda 6,4 milyon dollar pul xərclədiyini vurğulayıb.

Sergey Şahverdyan 2014-cü ildə Hadrut rayonunu Toğ kəndində çaxır festivalının keçirilməsini və Kəlbəcər rayonu ərazisində yerləşən Dadivank kilsəsinin İtalya mütəxəssislərinin köməyi ilə təmir edilməsini yerli separatçıların uğuru kimi qələmə verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar