Məsciddə bomba partladı: 20 ölü

Pakistanın Sind əyalətində şiələrə aid məsciddə cümə namazı zamanı terror aktı törədilib.

Musavat.com-un məlumatına görə, azı 20 nəfərin öldüyü bildirilir. Pakistan polisi məlumat verərək bildirib ki, məsciddə təxminən 300 adam namaz qılarkən əvvəlcədən içəriyə qoyulmuş bomba partlayıb. Partlayış nəticəsində məscidin damı uçub. İlkin məlumata görə, 20 nəfər ölüb, 50 nəfər isə yaralanıb. Yaralılar təcili xəstəxanaya çatdırılıb.

Pakistan prezidenti Menün Hüseyn, baş nazir Nəvaz Şərif hücumu pisləyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar