ABŞ-ın yeni səfirinin Azərbaycana gələcəyi tarix bəlli oldu

 ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Robert Sekuta fevralın 12-də Bakıya gələcək. 

Bu barədə səfirlikdən məlumat verilib.

R.Sekuta əvvəllər ABŞ Dövlət Departamentinin Energetika və biznes məsələləri Bürosunda dövlət katibinin köməkçisinin energetika, sanksiyalar və xammal məhsulları üzrə müavini vəzifəsində çalışıb. Onun xaricdə son təyinatları Tokioda (2007-2009-cu illər) və Berlində (2003-2007-ci illər) olub. Bu ölkələrdə ABŞ hökumətinin iqtisadi məsələlərin bütün spektrində iştirakına nəzarət edib.

R.Sekuta Corctaun Universitetinin məzunu, Qlobal Menecment Məktəbinin və Milli Hərbi Kollecin magistri dərəcəsinə malikdir. R.Sekutanın səfir postuna namizədliyi ötən ilin dekabrında ABŞ Senatı tərəfindən təsdiqlənib. O bu postda Riçard Morninqstarı əvəz edəcək. R.Morninqstarı Azərbaycanı ötən ilin yayında tərk edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar