Rusiya 102-ci bazanı Ermənistandan çıxaracaq?

“Permyakovun işi” 102-ci rus hərbi bazasının Ermənistandan çıxarılmasının səbəbini Ermənistan, Rusiya ictimaiyyətinə və beynəlxalq ictimaiyyətə izah edəcək. Bu fikri Armİnfo-ya siyasi analitik Saro Saroyan bildirib.

Yanvarın 12-də Gümridə 7 nəfərdən ibarət Avetisyanov ailəsi qətlə yetirilib. “Rusiya xüsusi xidmətlərinin təşkil etdiyi bu terror diversiyası, şübhəsiz, dərinə gedən geosiyasi məqsədlər daşıyır. Əminəm ki, bu, yalnız artan xətt üzrə inkişaf edəcək prosesin yalnız başlanğıcıdır. Onun səbəbləri Moskvanın Qərblə qlobal qarşıdurmada böyük məğlubiyyətindədir”, Saroyan belə hesab edir. Analitik bu dəyişikliklərin son nümunəsini Ukraynada görür. Krımın ələ keçirilməsindən sonra Moskva qalan Ukraynanı da tamamailə itirdi və ölkə Qərbə üz tutdu. Geosiyasi sərhədlərin sürətlə dəyişdirilməsi mütləq Cənubi Qafqaza da toxunacaq.

“Bu halda 102-ci bazanın çıxarılması tamamilə məntiqli görünür və bu gün Rusiya Ermənistandan gediş problemi ilə üz-üzədir, çünki rus hərbi bazasının Ermənistanda qalması geosiyasi cəhətdən məntiqsizdir”, deyə analitik fikrini yekunlaşdırıb. /"Turan"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar