“Bu qədər qorxacaqlarını gözləmirdim” - Qubad İbadoğlu

qubad “Bunlar partiyanın daxilində müsavatçıların müzakirəsini nifaq kimi qiymətləndirirlər. Arif Hacılının yanaşması onu göstərir ki, onlar bu tədbirin qarşısını almaq üçün hətta təxribata da hazırdırlar”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanlığına sabiq namizəd, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Təşkilat Komitəsinin sədri Qubad İbadoğlu deyib.

Q. İbadoğlu bildirib ki, Müsavat başqanı Arif Hacılının fikirləri əsassız və yanlışdır: “Mən bilmirəm, nədən narahat olurlar? Mən sosial şəbəkədə status paylaşdım və bildirdim ki, yanvarın 31-də biz partiya daxilində vəziyyətin müzakirəsi və barışıq naminə tədbir keçirəcəyik. Arif Hacılının mövqeyi mən status paylaşdıqdan sonra buna olan münasibətdir. Eyni zamanda, partiyadaxili demokratiya, söz və fikir azadlığına olan münasibətdir. Mən tədbirlə bağlı Gülağa Aslanlıya müraciət etdim və onunla telefon danışığında razılaşdım. Sonradan Arif Hacılının fikirləri ilə tanış oldum və təəccübləndim ki, nədən bunlar öz üzvləri ilə açıq və səmimi söhbətdən çəkinirlər? Mən onların söz və fikir azadlığından bu qədər qorxacağını gözləmirdim və məsləhətim odur ki, onlar da bu tədbirə qoşulsunlar və polemikadan çəkinməsinlər. Çünki Müsavatda yaranmış vəziyyətdən çıxışın yeganə yolu geniş formatda müzakirə və dialoqdur”.

Qeyd edək ki, A. Hacılı Q. İbadoğlunun təklifi ilə keçiriləcək tədbiri partiya daxilində nifaq salmaq cəhdi kimi qiymətləndirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar