Köçəryan Sarkisyanı yıxmaq üçün işə başladı

Ermənistanın "Aykakan Jamanak" qəzeti maraqlı iddia irəli sürüb. Qəzet ölkənin keçmiş prezidenti Robert Köçəryan tərəfindən yüksək vəzifəli məmurların qeyri-formal klubunun yaradıldığını bildirib.

Qəzet yazır: "Etibarlı mənbələrdən əldə etdiyimiz kimi, indiki hakimiyyətdə eks-prezident Robert Köçəryana yaxın olan nümayəndələr, eləcə də ona iltifat edən bəzi keçmiş yüksək vəzifəli məmurlar yaxın gələcəkdə qeyri-formal klub yaradaraq hakimiyyət uğrunda mübarizəyə qoşulacaqlar".

Məqalədə deyilir ki, klubun üzvləri əsasən prezident Serj Sərkisyan dövründə işdən çıxarılan, istefa verən, həmçinin ona bütün ümidlərini itirən məmurlardır. Bu şəxslər iqtidara gəldikdə yenidən yüksək vəzifələrə təyin olunacaqlar.

Bu klubun potensial üzvləri arasında İrəvanın keçmiş polis rəisi Andranik Mirzoyan, Ermənistanın Xüsusi İstintaq Xidmətinin sabiq rəhbəri Nerses Nazaryan, həmçinin Ermənistan Polis İdarəsinin Baş Cinayət-Axtarış İdarəsinin sabiq rəisi, general-mayor Ovanes Tamamyanın adları çəkilir (ANS PRESS).

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar