“Telefonların idxalının məhdudlaşdırılması əhaliyə aid deyil”

Bu gün Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev xarici internet mağazalardan alınan telefonların ölkəyə idxalının məhdudlaşdırılmasının ayrı-ayrı şəxslərə aid olmadığını deyib.

“Bəli, xarici internet mağazalardan alınan telefonların idxalı məhdudlaşdırılıb. Bu, bir qrup şəxslər ilə bağlıdır. Kimsə bir telefon gətirirsə, onunla mübarizə aparılmır”- A.Əliyev deyib.

Aydın Əliyevin müsahibəsində telefonların ixalının “dayadırılıb” deyil, “məhdudlaşdırılıb” deməsi diqqəti çəkib. Komitənin sədri qeyd edib ki, elektron ticarətdə vergidən yayınma bütün dünyada problemdir. "Yaxın vaxtlarda bu sahədə olan problemlərin aradan qaldırılması üçün müəyyən qərarlar və tövsiyələr qəbul olunacaq",- Komitənin sədri əlavə edib. Onun sözlərinə görə, fiziki şəxslər və ya şirkətlər tərəfindən Azərbaycana idxal olunan mobil telefonların ölkə daxilində işləməsi üçün cihazlar qeydiyyatdan keçməlidir.

"Yalnız elektron deyil, həm də poçt vasitəsi ilə ölkəyə daxil olan telefonları qeydiyyata salmaq mümkün deyil. Ötən ilin dekabr ayında Soçi şəhərində keçirilən MDB ölkələrinin gömrük xidməti rəhbərlərinin Koordinasiya Şurasının iclasında Rusiyada Gömrük Xidməti tərəfindən bu məsələ qaldırıldı və müzakirəyə çıxarıldı. Yaxın vaxtlarda bu sahədə olan problemlərin aradan qaldırılması üçün müəyyən qərarlar və tövsiyələr qəbul olunacaq. Bu qərarlardan sonra isə bu sahədə olan qanunsuzluqlarla mübarizə apara biləcəyik", - deyə A. Əliyev bildirib.

A. Əliyev, mobil telefonların Azərbaycana gətirilməsində baş verən qanunsuzluqlarla bağlı araşdırmaların aparıldığını vurğulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar