NATO-nun Bakı hesabatı

Yens Azərbaycan ilə əməkdaşlığı yüksək qiymətləndirib

NATO-nun baş katibi Yens Stoltenberq Azərbaycan ilə bu hərbi təşkilat arasındakı əməkdaşlığı yüksək qiymətləndirib, ötən il NATO ilə əlaqələrin uğurla davam etdirildiyini bildirib. Bu barədə Alyansın rəsmi saytında yer alan xəbərdə deyilir.

NATO-nun baş katibi ötən illə bağlı hesabatında diqqətə çatdırır ki, Azərbaycan 2014-cü ildə NATO-nun Hərbi Təhsilin Gücləndirilməsi Proqramında iştirakını davam etdirib. NATO-nun bu proqramında məqsədi üzv və tərəfdaş ölkələr arasında əlaqələri möhkəmləndirməkdir. Xatırladaq ki, Azərbaycan NATO-nun bir çox layihələrində, o cümlədən Əfqanıstanda sülhün bərqərar olması üçün keçirilən beynəlxalq missiyada iştirak edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar