İŞİD Suriyaya aid qırıcını vurdu

“Agence France-Presse”in məlumatına görə, İŞİD Suriya rejiminə məxsus qırıcı təyyarəni vurub və pilot da öldürülüb.

Bu barədə cümə günü sosial mediada müxtəlif materiallar yayılıb. İŞİD tərəfdarları vurulmuş qırıcının və öldürülmüş pilotun çoxsaylı fotoların paylaşıblar.

“Qırıcı “Bir Qəssab” deyilən yerdə vurulub”, Suriyada Britaniyaya bağlı olan müşahidəçi qrup bəyan edib.

Həmin qrupun təmsilçisi Rami Əbdül Rəhman deyib ki, vurulmuş qırıcı uçaqlar üçün nəzərdə tutulmuş xüsusi raketlə məhv edilib. Bəzi fotolarda pilotun qan içində olan cəsədi və ona məxsus olan sənədlər öz əksini tapıb.

İŞİD tərəfdarlarından biri “Twetter”də yazıb: “İŞİD-in qurduğu xilafətin aslanları qırıcını vurdu, pilotu öldürdü, Allahın hökmü ilə biz buna nail olduq”. /musavat.com

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar