Hizbullah İsraili hədələdi

"Suriya torpaqlarındakı şəhidlərimizlə qürur duyuruq"

Hizbullah lideri Həsən Nəsrullah İsrailə gözdağı verib.Həsən Nəsrullah iki İsrail əsgərinin öldürüldüyü hücumla bağlı danışıb: "Bütün bölgə Hizbullahı gözləyirdi. Bizim üçün bu son olsa belə İsrailə qətiliklə hesab verilməli idi. Bu onlara bir mesajdır. İlk andan etibarən əsla müzakirə olunmayan bir məsələ vardı. İsrail qətiliklə bu hücumun hesabını verməli idi. Sonu nə olursa olsun. Əməliyyatın yerini, saatını təyin etdik, nəticənin ən pisinə hazır olduq və əməliyyatı reallaşdırdıq. Bu İsrailə bir mesajdır".

Hizbullah lideri bundan sonra baş verəcək hadisəslərə görə İsrailin məsuliyyət daşıyacağını sözlərinə əlavə edib: "Suriya torpaqlarındakı şəhidlərimizlə qürur duyuruq. Bizim mövqeyimiz son dərəcə dəqiqdir. Bundan belə Hizbullahın heyətindən və ya gənclərindən hər hansı birinə sui-qəsd həyata keçirilsə bunun məsuliyyəti İsrailə aiddir. Bu vəziyyətdə uyğun şəkildə qarşılıq vermə haqqına sahib olarıq". (ans)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar