Bakıda mənzildə partlayış, yaralanan var

Bakı şəhərinin Nəsimi rayonu, 28 may küçəsi 69-da mənzildə partlayış baş verib.

APA-nın məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub.

Mənzildə yaşayanlar evakuasiya edilib. Kənar şəxslərin daxil olması qadağan edilib. “Azəriqaz”-ın əməkdaşları qaz təchizatını dayandırıblar.

Sakinlərin sözlərinə görə, hadisə mənzillərin birində qaz sızması nəticəsində baş verib. Ilkin məlumata əsasən, bir nəfər yüngül xəsarət alıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar