“Əl Qaidə” Fransanı yeni terrorlarla hədələdi

Yəməndə fəaliyyət göstərən “Ərəb yarımadasında Əl Qaidə”nin liderlərindən Harit Əl-Nadari Fransanı müsəlmanlara qarşı düşmənlik hərəkətlərindən əl çəkməyə çağırıb. Musavat.com xəbər verir ki, məlumatı “Frans Press” yayıb.

“Müsəlmanlara qarşı təcavüzü dayandırsanız, bəlkə də təhlükəsizlikdə yaşaya bilərsiniz. Müharibəni davam etdirsəniz, yaxşı xəbərlər gözləyin”, - Əl-Nadari xəbərdarlıq edib. O bildirib ki, “Allahın əsgərləri” “Fransanın oğulları”nı Məhəmməd peyğəmbərə sayğıya öyrədiblər və sz azadlığının sərhədləri var.

Qeyd edək ki, “Ərəb yarımadasında Əl Qaidə” Parisdə Charlie Hebdo jurnalının redaksiyasına hücuma görə məsuliyyəti üzərinə götürüb. Həmin vaxt redaksiyada 12 nəfər güllələnmişdi.

“Ərəb yarımadasında Əl Qaidə” 2009-cu ildə yaradılıb. Təşkilat 2009-cu ilin dekabrında Amsterdamdan Detroyda uçan “Northwest Airlines” təyyarəsində baş tutmayan terror aktı ilə tanınır. Yəmən “Əl Qaidəsi” Yəmən prezudenti Abdullah Salehin 2011-ci ildə devrilməsində də iştirak edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar