“ABŞ prezidenti İlham Əliyevlə görüşməlidir...”- Metyu Brayza

ABŞ Güney Qafqaza olduqca az diqqət ayırır. Diqqət nəinki azdır, o, demək olar, yoxdur. Musavat.om-un məlumatına görə, bu barədə Amerikanın Azərbaycandakı sabiq səfiri, Minsk Qrupundakı amerikalı eks-həmsədr Metyu Brayza “Vestnik Kavkaza”ya müsahibəsində deyib.“Regionda üç ölkə var və onlardan ən aktivi, əlbəttə ki, Azərbaycandır – söhbət iqtisadiyyatdan, əhali sayından və strateji quruculuqdan gedir” – bildirib Brayza. Onun sözlərinə görə, Birləşmiş Ştatlar Qarabağ məsələsi ilə kifayət qədər maraqlanmır. O, irəliləyiş əldə olunması üçün Vaşinqtonu Bakı və İrəvana kömək eləməyə çağırıb.

“ABŞ prezidenti vaxtaşırı və birbaşa İlham Əliyev və Serj Sərkisyanla görüşməlidir – necə ki, bunu prezident olarkən Dmitri Medvedyev edirdi. Bu zaman prezident Obama aşıq şəkildə göstərməlidir ki, bu münaqişə ABŞ-dan ötrü mühüm əhəmiyyətdədir”.

(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar