"Ukraynanın iki şəhəri evakuasiya olunmalıdır"

BMT Ukrayna hərbçiləri və separatçılara müraciət edərək münaqişə zonasında olan Qorlovka və Debaltsevo şəhərlərinin əhalisini evakuasiya etməyə çağırıb.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT Baş katibinin nümayəndəsi Stefan Düjarrik bildirib.

“Bununla əlaqədar BMT-nin Ukraynadakı humanitar əlaqələndiricisi Nil Uoker dərhal atəşkəsin əldə olunmasına çağırıb. Bu, mülki şəxslərə istədikləri təqdirdə hərbi əməliyyatlar zonasını tərk etməyə, humanitar təşkilatlara isə əhaliyə yardım göstərməyə, dinc sakinlər və yaralıları evakuasiya etməyə imkan verəcək”, deyə S.Düjarrik bildirib.

BMT rəsmisinin sözlərinə görə, dinc sakinlər silahlı toqquşmalar gedən əraziləri tərk etmək istəsələr də, səngimək bilməyən döyüşlər ucbatından bunu edə bilmirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar