Konslagerdən təsadüf nəticəsində sağ qurtulan qadın - Video

"Osvensim" kimi tanınan Auşvits Nasist Almaniyasının ən ölümcül düşərgəsi olub.

1943-cü ildə Çexiyalı yəhudi ailəsi ilə Auşvits həbs düşərgəsinə gətirələndə Daqmar Lyeblovanın 14 yaşı var idi. Ailə üzvlərinin hamısı öldürüldü, lakin Daqmar bürokratik qarışıqlıq nəticəsində bir neçə ay sonra azad olundu. Hazırda Daqmar 85 yaşındadır, üç övladı, altı nəvəsi var və o deyir ki, onda bir qələbə hissi var.

Auşvits hələ də qorxulu yerdir. Ora kütləvi qətl törətmək üçün inşa edilmişdi. Orada bir milyondan çox insan qətlə yetirilib. Sağ qalanlar isə orada baş verənləri təsvir edə bilirlər. Bunların sırasına Daqmar Lyeblova daxildir. Gördüyünüz şəkildə Daqmar anası və bacısı ilə çəkilib. Hər ikisi düşərgədə qətlə yetirlib.

“Mənim sadəcə 15 yaşım var idi, və mən düşünmürdüm ki, bunların hamısı bitəcək. Düşünürdüm ki, mən iri daş parçaları məftil hasarlardan başqa heç nə görməyəcəm. Nə bir ağac, nə də yaşıllıq.”

Daqmar düşünürdü ki, o da Auşvitsin krematoriyasında yandırılacaq. Onlar düşərgəyə gələndən az sonra onun dayısı, xalası və xalası oğlu qaz kameralarında öldürüldü. Daqmar günlərini anasına tualet quyularını təmizləməyə kömək etməklə keçirirdi. Bu ac qarına çox ağır iş idi.

“Yemək çox sadə idi. Səhərlər onların qəhvə adlandırdığı isti içki var idi. Günorta bir az sup. Axşam isə çörək parçası.”

Lakin Daqmar inanılmaz bir təsadüf nəticəsində xilas olmaq üzrə idi. Nasistlər Almaniyada müharibədə işləmək üçün 16-40 yaşları arasına işçi siyahısı tərtib etmişdilər. Daqmarın adı o siyahıya daxil idi. Onun doğum tarixi 1929-cu il kimi yazılmalı idi, amma 1925 yazılmışdı.

“Bu səhv nəticəsində, yəni kiminsə 5 əvəzinə 9 yazmasının nəticəsində mənim həyatım qurtuldu. Orada qatar dayanmışdı, biz o qatara mindik və qatar tərpəndi. Biz yola düşdüyümüzə inana bilmirdik. Biz həqiqətən də Auşvitz həbs düşərgəsini tərk etdiyimizə inana bilmirdik.”

Bir çoxları kimi Daqmarın ailəsinin üzvləri də orada öldü. Daqmar müharibənin qalan hissəsini Hamburqda işləyərək keçirdi. O Auşvitsə sadəcə bir dəfə, 20 il öncə geri dönüb. Ancaq bir daha getməyəcəyini deyir.

“Auşvits mənim valideyinlərimin, bacımın, demək olar ki, bütün ailəmin məzarlığıdır. Ora getdiyimdə hər şey gözümün önünüdə canlanır. Ona görə də bir daha ora getməyəcəm. Bu mən üçün çox çətindir.”

Evdə kitab və şəkillərlə əhatə olunan Daqmar qəmgin deyil. O, həyatın qələbə çaldığına inanır.

“İndi mən övladlarımı və nəvələrimi görəndə qələbəni hiss edirəm, çünki mən burada olmamalı idim.”

Auşvitz artıq muzeyə çevrilib. Bura nasistlrin törətdikləri amanız qəddarlıqları xatırladır, amma Daqmarın həyat hekayəsi insan ruhunun möhkəmliyinin və gücünün rəmzidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar