Artur Rasizadə QHT-lərlə bağlı qərar verdi

arturXarici dövlətlərin QHT-in nümayəndəlikləri barədə məlumatlar hər il iyunun 1-dək Ədliyyə Nazirliyinə və Vergilər Nazirliyinə təqdim ediləcək

“Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”nda dəyişikliklər edilib. Bu barədə baş nazir Artur Rasizadə qərar verib.

Qərara əsasən, maliyyə fəaliyyəti - qeyri-hökumət təşkilatının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin nizamnaməsinə (əsasnaməsinə) uyğun olaraq müəyyən edilmiş məqsədlərə nail olmaq üçün malların satılması, xidmətlərin göstərilməsi və (və ya) işlərin görülməsi nəticəsində pul vəsaitlərinin (və ya onun ekvivalentlərinin) əldə edilməsi, istifadəsi və idarə edilməsi üzrə ilkin uçot sənədləri əsasında əməliyyatlar aparılacaq.

Qərarda o da qeyd olunur ki, əsas fondlar - təsərrüfat fəaliyyətində əmək vasitəsi kimi istifadə müddəti bir ildən artıq olan, istismar zamanı öz formasını dəyişməyən, lakin köhnəlməyə məruz qalan malların istehsalı, işlərin görülməsi və xidmətlərin göstərilməsi və ya onun idarə olunması məqsədləri üçün əldə edilmiş, habelə təsərrüfat üsulu ilə yaradılmış aktivlərdir.

Hesablama metodu - əməliyyatların, digər hadisə və şərtlərin onların baş verdiyi zaman (pul vəsaitinin və ya onun ekvivalentinin alınması və ya ödənilməsi zamanı deyil,uçota alınanacaq.

Qeyri-hökumət təşkilatlarının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin maliyyə vəziyyəti haqqında hesabatlarına aşağıdakıları əks etdirən maddələrə uzunmüddətli aktivlər;qısamüddətli aktivlər; xalis aktivlər (kapital); uzunmüddətli öhdəliklər; qısamüddətli öhdəliklər daxildir.

Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatı hesablama metodu əsasında təqdim edəcəklər.

Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri üzrə illik maliyyə hesabatları hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin aprel ayının 1-dən gec olmayaraq, aşağıdakı qaydada Azərbaycan Maliyyə Nazirliyinə təqdim ediləcək.

Hesabat dövrü ərzində maliyyə fəaliyyəti olmayan qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri barədə məlumatları hər il iyunun 1-dək Azərbaycan Ədliyyə Nazirliyinə və Azərbaycan Vergilər Nazirliyinə təqdim edəcəklər.

Maliyyə Nazirliyi təqdim olunmuş arayışlara əsasən fəaliyyətini dayandırmış və bərpa etmiş qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri barədə məlumat əldə etdiyi təqdirdə, həmin məlumatları hər il iyunun 1-dək Azərbaycan Ədliyyə Nazirliyinə və Vergilər Nazirliyinə təqdim edəcəklər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar