Yeni kral - eyni siyasət

saudi-oill-petrolSəudiyyə Ərəbistanı neft istehsalını azaltmaq fikrində deyil

Səudiyyə Ərəbistanının neft naziri Ali al-Naimi ölkəsinin neft qiyməti ilə bağlı siyasətini dəyişmədiyini açıqlayıb. ANS-in məlumatına görə, beynəlxalq ekspertlər bildirinlər ki, Səudiyyə Ərəbistanının yeni kralı Salman bin Əbdüləziz əs-Səud neft naziri Ali al-Naimini vəzifəsində saxlaması "qara qızıl"ın qiyməti ilə bağlı aparılan siyasətin bundan sonra da dəyişməyəcəyini göstərir. Bu o deməkdir ki, Səudiyyə Ərəbistanı və OPEK-in Körfəzdən olan digər üzvləri bu təşkilata üzv olmayan Rusiyanın və başqa ölkələrin istədiyi kimi istehsalı azaltmayacaq.

Əvvəllər "Aramco" şirkətində çalışmış 79 yaşlı nazir indiyədək neft qiymətlərinin üç enişi zamanı ölkə neft sənayesinin sükanı arxasında olub.

Bu arada neft kəskin bahalaşıb. London birjasında "Brent" markalı neftin 1 barrelinin qiyməti 7 faiz bahalaşaraq 53 dollara çatıb. Nyu-York birjasında isə WTI markalı neftin bir barrelinin qiyməti 3.82 dollar qalxaraq 48.35 dollara çatıb.

Xatırladaq ki, son aylar ərzində dünya bazarlarında nefrin qiyməti 2 dəfə ucuzlaşıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar