Əli Əhmədovdan parlamentin tərkibinin dəyişdiriləcəyi ANONSU

“Güman edirəm ki, bu seçki də YAP üçün uğurlu olacaq”

Yeni Azərbaycan Partiyası bu il ölkədə keçiriləcək parlament seçkiləri ilə bağlı planlarını açıqlayıb.APA-nın məlumatına görə, baş nazirin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədr müavini-icra katibi Əli Əhmədov bildirib ki, YAP ənənəvi olaraq seçki hazırlıqlarına xeyli əvvəldən başlayır.

O qeyd edib ki, partiya bu seçkilərə də ciddi hazırlaşır: “Biz hazırlıq prosesində bir çox məsələlərə, o cümlədən partiyanın namizədlərinin müəyyənləşdirilməsinə ciddi yanaşacağıq. Namizədlər ciddi araşdırmalar əsasında müəyyənləşəcək. Bütövlükdə parlamentdə YAP-ı təmsil edən deputatların əksəriyyətinin fəaliyyəti partiyanı, o cümlədən də seçiciləri qane edir. Belə şəxslər də mütləq nəzərə alınacaq. Buna baxmayaraq, həyat inkişaf edir. YAP-ın mövqeyi budur ki, seçicilərin rəğbətini qazanmış şəxslərin namizədliyi irəli sürülür. Biz seçki kampaniyasına məhz bu meyarla hazırlaşacağıq. Güman edirəm ki, bu seçki də YAP üçün uğurlu olacaq”.

Qeyd edək ki, Əli Əhmədovun bu açıqlaması indiki depitatların bir çoxunun parlamentə düşə bilməyəcəyinin anonsu sayıla bilər. Hər halda içərilərində seçicilərin rəğbətini qazanmışların sayı o qədər də çox deyil...

Rasim

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar