Dövlət saytlarına girişdə məhdudiyyət yaranıb - Kiber hücum təhlükəsi
Baxiş sayı:
Dərc olunub:
31/01/2015 - 12:09
Bu gün “gov.az” domeni ilə fəaliyyət göstərən saytlara girişdə məhdudiyyət yaranıb.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, girişin məhdudlaşdırılmasına səbəb həmin saytlara müxtəlif kiber hücumların qarşısını almaq məqsədilə görülən profilaktik tədbirlərdir.
Texniki problemlər aradan qaldırılır.
Yaxın saatlarda saytlara sərbəst giriş mümkün olacaq.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.