Putin yardım göndərir

Bu, Rusiyanın Ukraynaya göndərdiyi 12-ci humanitar yardım karvanıdır

Rusiya Ukraynanın Donbass regionuna növbəti humanitar yardım karvanını göndərib. Rusiya Fövqəladə Hallar Nazirliyinin Don xilasetmə mərkəzindən yola düşən karvan hazırad Rusiya-Ukrayna sərhədinə doğru hərəkət edir.

ANS PRESS "Rossiya-1" telekanalına istinadən məlumat verir ki, humanitar yardım karvanına 170-dən çox avtomobilin daxildir və onların 1500 ton yardım apardığı bildirilir.

Bu, Rusiyanın Donbassa göndərdiyi 12-ci humanitar yardım karvanıdır.

Bir müddət əvvəl Ukraynanın xarici işlər naziri Yevgeni Perebiynis bildirmişdi ki, humanitar yardım yalnız Ukrayna hökuməti ilə razılaşdırıldıqdan sonra göndərilməlidir, Rusiyanın əvvəlki humanitar yardımları isə ciddi qanun pozuntuları ilə həyata keçirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar