İrəvanda etirazçılar geri çəkildi

Ermənistanda "Dövriyyə vergisi haqqında" yeni qanuna qarşı etiraz edən ticarətçilər baş nazir Ovik Abramyanla görüşün nəticələrindən razı qalıblar. ANS PRESS-in məlumatına görə, bu barədə dünən Hökumət Evinin qarşısında növbəti etiraz aksiyası keçirən ticarətçilərin baş nazirlə görüşən nümayəndə heyətinin üzvləri məlumat veriblər.

News.am saytının məlumatına görə, Ovik Abramyanla görüş zamanı ticarətçilər yeni qanunun mübahisəli tərəflərini və sənədləşmələrlə bağlı bəzi problemləri baş nazirin diqqətinə çatdırıblar. Ermənistanın baş naziri isə bu məsələləri müzakirə edəcəyini və növbəti həftənin ilk günündə onlara cavab verəcəyini vəd edib. Bundan sonra etirazçılar piketi dayandırıblar.

Fevralın 2-də isə ticarətçilər baş nazirdən cavab almaq üçün yenidən Hökumət Evinin qarşısına toplaşacaqlar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar