ABBAS ABBASOV SÖYÜN SADIQOVU BUNA DA MƏCBUR ETDİ - Videolar

Söyün Sadıqov onun hərəkətlərinə etiraz əlaməti olaraq Rusiya Millətlər Assambleyasından getdiyini bəyan edib

Bu gün Moskvada Rusiya Millətlər Assambleyasının iclasında qalmaqal yaşanıb. Moderator.az xəbər verir ki, "AzərRos" Federal Milli-Mədəni Muxtariyyətinin fəxri prezidenti, Rusiya Millətlər Assambleyasının məsləhətçisi Söyün Sadıkov Assambleyanın rəhbəri Svetlana Smirnovadan sonra çıxış edərək, kəskin bəyanatla çıxış edib və Assambleyadan getməsini bildirib. Bunun səbəbini açıqlayaraq Söyün Sadıkov qeyd edib ki, 17 yanvar tarixində keçirilmiş qurultaya Rusiyanın Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşlarının müdaxiləsi və milli siyasətə cavabdehlik daşıyan ayrı-ayrı məsul məmurların məsələyə laqeyd yanaşmasına görə qurultayın baş tutmaması təhlükəsi yaranmışdı. Lakin buna baxmayaraq qurultay baş tutub.

Bundan sonra zalda əyləşən iclas iştirakçıları "AzərRos"un fəxri prezidenti Söyün Sadıqovun getməsinin əleyhinə çıxış ediblər.

Lakin Söyün Sadıqov bildirib ki, Rusiya tərəfi "AzərRos"da baş verənlərlə bağlı sərt mövqe bildirməli idi, Azərbaycan cəmiyyətini dəstəkləməli idi. Söyün Sadıqovun sözlərinə görə bundan sonra onun Assambleyada qalması qeyri-mümkündür.

Lakin Söyün Sadıqov bildirib ki, Assambleyada onun çoxlu dostları və hörmət etdiyi insanlar var. Assambleyanın "AzərRos"un qurultayında baş verənlərə reaksiya verməməsi ictimaiyyətin öz hüquqlarını qorumağa qadir olmadığını göstərir: "Zənnimcə mənim Assambleyadan getməyim hamını Rusiya ictimai həyatında tutduğu yer və apardığı rol barədə düşünməyə məcbur edəcək"-deyə, Söyün Sadıqov bildirib.

Həmçinin o qeyd edib ki, öz milləti-azərbaycanlıları və vətəni Rusiyanı sevir və heç kəsə imkan verməyəcək ki, onları ələ salsınlar.

Yanvarın 30-da Rusiya Millətlər Assambleyasının iclasında Söyün Sadıkovun Assambleyadan çıxması haqqında ərizəsi qəbul olunmayıb. “Biz Söyün Sadıkovu buraxmırıq” – Asambleyanın rəhbəri Svetlana Smirnova bildirib. O Söyün Sadıkovun "AzərRos"da 10 illik fəaliyyətini yüksək qiymətləndirərək, onun Assambleyadan gedişinin mümkün olmadığını vurğulayıb. Bununla iclasın bütün iştirakşiları razılaşıblar.

İclasda iştirak edən "AzərRos"un keçmiş prezidenti Asif Məhərrəmov Söyün Sadıkov Assambleyanın iclasından gedəndən sonra çıxış edib. O çıxışında keçirilmiş qurultayı qeyri-qanuni adlandırıb: “Təşkilatın bəyannaməsinə əsasən pozuntulara yol verilib. "AzərRos"da heç bir problem yoxdu. Hər şey qaydasındadır. Biz tərəfimizdən yeni qurultaya hazırlaşırıq”.

Həmçinin o qeyd edib ki, "AzərRos"da baş verən parçalanma prosesinin arxasında Söyün Sadıkovun olduğu hamıya bəllidir. Asif Məhərrəmovun çıxışı iclas iştirakçıları tərəfindən kəsilib və qeyd olunub ki, Söyün Sadıkovun olmadığı iclasda onu müzakirə etmək qeyri-etikdir. Eyni zamanda buna cavab olaraq iclas iştirakçıları Söyün Sadıkovun Rusiyada yaşayan azərbaycanlıların stabilliyi üçün illər ərzində gördüyü işləri yüksək qiymətləndiriblər.

"AzərRos"da olan Söyün Sadıqovun tərıəfdarları onun bu addımına gərə Abbas Abbasovu ittiham ediblər: "Qurultay iştirakçılarına qarşı Rusiya Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyi əməkdaşlarının göndərilməsi Abbas Abbasovun sifarişi və məkrli addımı olduğu hamıya artıq məlumdur. Abbas Abbasovun şəxsi maraqlarını milli maraqlardan üstün tutduğu artıq sirr deyil. Allah bizi- Rusiya azərbaycanlılarını onun əməllərindən qorusun. Qurultaydan sonra qurultay iştirakçılarına qarşı Rusiya hüquq-mühafizə orqanlarına şər, böhtan xarakterli məktublar göndərilir, bir çoxları quldurlar vasitəsilə hədələnir, o cümlədən Moskavada fəaliyyət göstərən "Şəhriyar" Cəmiyətinin üzvləri, ağsaqqalar, yazıçılar və şairlərə hədə-qorxu gəlirlər. Amma biz Abbas Abbasovun aləti olmayacağıq".

Aşağıda moderator.az-a istinadən təqdim etdiyimiz 2-ci videodan isə görünür ki, Söyün Sadıqov və onun tərfində olanlarla Abbas Abbasov və onun tərəfdarları arasında barışmaz ziddiyyət yaranıb. Videodan göründüyü kimi Söyün Sadıqov və onun tərəfdarları "AzərRos"un keçmiş prezidenti Asif Məhərrəmov vasitəsi ilə Abbas Abbasova savaşın davam etdiyi mesajını göndərillər.

Rasim

AzPolituk.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar