“Məni elə türməyə göndərin ki...”- Pərviz Həşimli

Jurnalistin ailəsi yolun uzaqlığından yanına gedib-gələ bilmir

Həbsdə olan “Bizim Yol” qəzetinin əməkdaşı Pərviz Həşimlinin vəkili Bəhruz Bayramov cəzaçəkmə müəssisəsində jurnalistlə görüşüb. Bu barədə musavat.com-a P.Həşimlinin həyat yoldaşı İlahə Rüstəmova məlumat verdi. Onun sözlərinə görə, P.Həşimli vəkilinə saxlandığı 13 saylı cəzaçəkmə müəssisəinin rəhbərliyindən və işçilərindən, habelə ona olan münasibətdən narazılığı olmadığını bildirib: “Pərviz vəkilinə deyib ki, ailə vəziyyətilə əlaqədar olaraq dəfələrlə Ədliyyə Nazirliyinə, Penitensiar Xidmətə, Ombudsman Aparatına müraciət edib. Və həmin müraciətində xahiş edib ki, onu elə cəzaçəkmə müəssisəsinə göndərsinlər ki, ailə üzvləri ictimai nəqliyyatla yanına gəlib-gedə bilsin. Çünki hazırda onun saxlandığı cəzaçəkmə müəssisinə ictimai nəqliyyat işləmir və gəlib-getmək çətindir. Biz də ailəsi olaraq ümid edirik ki, bu müraciəti nəzərə alınacaq. Çünki bu vəziyyətdə onun yanına gedib-gəlmək imkanımız yoxdur”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar