Milli Şura və Müsavat Rəsulzadəni yad etdilər- FOTOLAR

Milli Şura bu gün Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günü münasibətilə onun doğulduğu Novxanı kəndində, abidəsi önündə anım tədbiri keçirib. Milli Şura yürüşlə abidənin önünə toplaşıb. Tədbirin aparıcısı AXCP sədrinin müavini Fuad Qəhrəmanlı olub. O, Rəsulzadənin xalqımız qarşısında böyük xidmətlərindən danışıb.

Sonra söz AXCP sədri Əli Kərimliyə verilib. Əli Kərimli çıxışında qeyd edib ki, Rəsulzadəyə bu hakimiyyətin münasibəti nankorluqdur. Çünki onun qurduğu dövlət olmasaydı bunlar indi əldə etdiklərinə nəsib ola bilməyəcəkdilər. Rəsulzadə gənc yaşlarından bütün həyatını Azərbaycana, Azərbaycan xalqına həsr edib. Onun fəaliyyəti yalnız Azərbaycanla məhdudlaşmayıb. Daha sonra Əli Kərimli çıxışında bildirir ki, Rəsulzadə böyük dövlət xadimi, filosof, öz dövrü üçün çox irəli getmiş şəxsiyyətdir. Xalqı onunla fəxr etməyə haqlıdır. Rəsulzadə ideaları bu gün de aktual və yaşarlıdır.

Əli Kərimlidən sonra söz Milli Şura sədri Cəmil Həsənliyə verilib. Cəmil Həsənli çıxışında böyük şəxsiyyət Rəsulzadənin abidəsini ziyarətə gələnlərə öz təşəkkürünü bildirib. Daha sonra Milli Şura sədri qeyd edib ki, bu gün Rəsulzadə başda olmaqla qurucu babalarımızın ucaltdığı bayrağın kölgəsinə sığınmışıq. Bu bayraq millətimizin yolunu dünən də göstərib, bu gün də göstərir, sabah da göstərəcək. Rəsulzadə bir kənddən çıxdı, bir millətin ideoloquna çevrildi, bir dövlətin qurucusu oldu .

Cəmil Həsənli Rəsulzadənin bir ideoloq, ictimaiyyət və dövlət xadimi kimi, o dövrün müxtəlif illərindəki fəaliyyətinə qısa işıq tutub və dövrünün ictimai-siyasi həyatına yön verən addımlarından danışıb.

Mitinqə Uvertura sədaları altında yekun vurdulub.

Bu gün Müsavat Partiyası da cümhuriyyətimizin banisi Rəsulzadənin 131 illik yubileyi ilə bağlı Novxanıda anım tədbiri keçirib. Tədbirdə MSDM-nin sədri İsa Qəmbər, Müsavat başqanı Arif Hacılı, partiya rəhbərliyi və fəalları iştirak edib.

Musavat.com əməkdaşının verdiyi xəbərə görə, müsavatçılar böyük öndərin abidəsinin önünə çiçək dəstələri düzüblər, onun ruhuna dua oxuyublar.

Tədbir başa çatdıqdan sonda partiya rəhbərliyi Rəsulzadənin yaxınlarının Novxanı qəbiristanlığındakı məzarını ziyarət ediblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar