Etibar Pirverdiyev yüzlərlə insanı işsiz qoyur- İxtisarlara başlayıb

Etibar Pirverdiyevin rəhbərlik etdiyi “Azərenerji” Səhmdar Cəmiyyətinin regional idarələrində ixtisarlara başlanıb. Bu barədə məlumatı “Unikal” qəzeti yayıb. Məlumata görə, təkcə Qazaxda 20-yə, Ağstafada isə 10-dan artıq “Azərenerji” işçisi əvvəlcədən heç bir xəbərdarlıq edilmədən ixtisar edilib. Işçilərə illik əmək müqavilələrinin başa çatdığı və yeni müqavilənin imzalanmayacağı bildirilib. Qəfil ixtisarlara görə “Azərenerji”nin artıq keçmiş sayılan işçilərinə hər hansı kompensasiya ödəmək fikrində olmadığı da bildirilir.

Məlumatlarda “Azərenerji” ASC-nin böyük müəssisələrindən biri sayılan “Sumqayıt Regional Elektrik Şəbəkəsi” MMC-də də kütləvi ixtisarların başladığı bildirilir. Artıq 150-dək işçinin əmək müqavilələrinə xitam verildiyi barədə məlumat yayılıb.

Pirverdiyevin qurumunda aparılan ixtisarlarla bağlı bir nüans da diqqət çəkir. Belə ki, proses zamanı əsasən ixtisaslılar və ali təhsillilər ixtisara düşür. Orta təhsilliləri işdə saxlayırlar, ali təhsilli kadrları işdən kənarlaşdırırlar.

Ən maraqlısı odur ki, “Azərenerji”də ixtisarların miqyası hər keçən gün böyüdüyü halda Etibar Pirverdiyevin rəhbərlik etdiyi Səhmdar Cəmiyyət baş verənlər haqqında ictimaiyyəti məlumatlandırmağa heç bir ehtiyac görmür.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar