"Aslanovun oğlunun Lamiyədən başqa 19 qurbanı olub" -ADLAR

Keçmiş icra başçısı ilə nazir arasında Şəmkir uğrunda mübarizə gedirmiş

Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunun qətlində təqsirləndirilən Vüqar Əliyevin xanımı Aynurə Əliyeva “Azadlıq”a növbəti məktubunu göndərib. Aynurə Əliyeva yazır ki, Aslan Aslanov oğlu Ruslan Aslanovun namus üstdə qətlə yetirilməsini ört-basdır etmək üçün iyrənc üsullara əl atıb:“Aslanov mətbuata deyib ki, guya Lamiyə Quliyevanın bakirəliyinə onun xalası oğlu toxunub. Onun sözləri tamamilə yalandır. Aslanov öz şərəf və ləyaqətini qorumaq üçün belə bir müsahibə verib. Bu fikirləri irəli sürərək heç kimi yanlış yola sapdırmayın. Hamı bilir ki, Ruslan Aslanov, həmçinin onun atası Şəmkirdə at oynadıblar. Bəs onda Lamiyə Quliyeva Ruslanı niyə öldürürdü? Aslanov öz şərəf və vəzifəsini qorumaq üçün torpaq məsələsini qabartdı. Halbuki, o torpağ qanuni sənədlər əsasında verilib. Mənim yoldaşıma ömürlük cəza düşmürdü”.

[caption id="attachment_90314" align="alignleft" width="300"]

Lamiyə Quliyeva[/caption]

Aynurə Əliyeva daha sonra yazır ki, istintaq vaxtı Lamiyə Quliyevanın səsi yazılmış kasetə “əl” gəzdirilib. Lamiyənin dedikləri dəyişdirilib: “Buna etiraz edən Şəmkirin keçmiş əməliyyat-axtarış üzrə rəis müavini Arif Səməndərovu qətlin sifarişçisi kimi qələmə verdirmək istədilər. Arif Səməndərovun bundan dərhal sonra vəzifəsi də kiçildildi, az sonra isə pensiyaya göndərildi. Səməndərov Ruslan barədə Lamiyənin səs yazısını olduğu kimi sənədləşdirmək istəyirdi. Həmin səs yazısında Lamiyə bildirmişdi ki, Ruslan onu 7-ci sinifdə oxuyanda Məryəm müəllimənin sinfində zorlayıb. Bu vaxt sinif qapısının ağzında Aslan Aslanovun birinci müavini Tariyel Məmmədovun oğlu Asəf, Vüsal, polis serjantı Etibar olub. Məktəbin həyətində isə hərbi polisin əli silahlı əsgəri məktəbə heç kimi buraxmayb ki, Ruslanın orada işi var. Audiokasetin məzmunu budur. Vüqarın bu kaseti yazdırmaqdan məqsədi nişanlısını Ruslanla üzləşdirmək olub. Ruslanın Lamiyədən başqa 19 qurbanı da var. Mətanət, Ulduz, Esmira, Şahnaz, daha neçə belə qızları da xalası oğlanları zorlayıb? Bu qədər cəfəngiyyat olmaz. Aslanov hər şeyi qanunsuz yollarla düzüb-qoşaraq Vüqarın boynuna yıxıb. Burda ən çox

zərərçəkən Vüqardı ki, günahı olmadan qəbiristanlıqda canlı ölü kimi cəza çəkir.

Bəs qayınatamın nə günahı vardı ki, 4 il 6 ay azadlıqdan məhrum edildi? Həbsxanada isə Aslanovun sifarişiylə yanına vərəm xəstəsi olan adam salındı. Hazırda qayınatam həm şəkərli diabet, həm də vərəmdən əziyyət çəkir. Aslanov hamıya təzyiq edib, vəkilləri hədələyib. Hamını həbsə atdırmaqda onun məqsədi oğlunun namus üstündə ölməyini gizlətmək, Vüqarı isə öz eqosuna qurban verib ömürlük həbsə atdırmaq olub. Qayınatamın bacıları, qardaşı nəyə görə həbs olunub, ölkə belə qanunsuzluğa necə göz yumur? Namus-qeyrəti bir icra başçısının vəzifəsinə qurban verirlər".

Bu arada Aslan Aslanovun oğlunun qətlini vergilər naziri Fazil Məmmədovun üzərinə atmağa çalışmasının səbəbləri barədə maraqlı məlumat daxil olub. Xatırladaq ki, Aynurə Əliyeva redaksiyamıza bundan əvvəlki müraciətində Aslan Aslanovun Vüqar Əliyevdən Fazil Məmmədovun əleyhinə ifadə almağa çalışdığını bildirib. Onun sözlərinə görə, keçmiş icra başçısı Vüqar Əliyevə deyib ki, əgər ifadəsində qətlin sifarişçisinin Fazil Məmmədov olduğunu yazsa onu və həbs etdirdiyi ailə üzvlərini azadlığa buraxdıracaq. Lakin Vüqar Əliyev buna razılıq verməyib və amansız işgəncələrə məruz qalıb.

“Azadlıq”a daxil olan məlumatda bildirilir ki, Aslan Aslanovun Fazil

Məmmədovu hədəf seçmək istəməsinin kökündə Şəmkir uğrunda mübarizə dayanıb. Fazil Məmmədov əslən Şəmkirdəndir. Nazir təyin olunandan sonra rayonu nəzarətinə götürmək istəyib. Keçmiş müdafiə naziri Səfər Əbiyevin adamı olan Aslan Aslanov isə buna imkan verməyib və tərəflər arasında gərginlik yaranıb. Təsadüfi deyil ki, Aslan Aslanov vəzifəsindən çıxarılandan sonra rayona məhz Fazil Məmmədova yaxınlığı ilə seçilən Nazim Veyisov icra başçısı təyin olundu.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar