2 milyon pul çıxarmaq istəyən azərbaycanlı tutuldu

Rusiyanın Tümen şəhər aeroportunda azərbaycanlı saxlanılıb.ANS PRESS-in məlumatına görə, azərbaycanlı qanunsuz yolla iki milyon rubl pulu (22 min 800 manat) Rusiyadan çıxarmaq istəyib. Adı çəkilməyən 27 yaşlı kişi pulu pencəyinin üst cibinə qoyub.

Qeyd edək ki, Rusiya qanunlarına görə, istənilən şəxs vergi bəyannaməsinə qeyd etmədən ölkədən 10 min dollar (yaxud da bu ekvivalentə bərabər digər valyuta) çıxara bilər.

Azərbaycanlı Rusiyadan çıxarmaq istədiyi pulun miqdarının üçqat, yaxud da onqat misli qədər cərimə edilə bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar