Rusiya nüvə arsenalını artırır - Silahlanmaya 300 milyard dollar ayırır

Neftin ucuzlaşmasına və iqtisadi çətinliklərə baxmayaraq Rusiya generaliteti silahlı qüvvələrin irimiqyaslı modernizasiyası proqramını elan edib. Virtualaz.org saytı xəbər verir ki, yanvarın 30-da Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Valeri Gerasimov və müdafiə naziri Sergey Şoyqu bu barədə Moskvada keçirilən müşavirədə bəyan ediblər.

Onların bildirdiyinə görə, Rusiya özünün nüvə arsenalını artıracaq və strateji zonalarda hərbi iştirakını gücləndirəcək.

Generallar bildiriblər ki, Rusiya ordusunun modernizasiyası proqramına 300 milyard dollar sərf olunacaq. Bu proqram 2020-ci ildə yekunlaşmalıdır. Bu il isə Rusiya ordusunun sərəncamına nüvə başlığı daşıyan 50 yeni qitələrarası ballistik raket veriləcək.

“Biz öz strateji qüvvələrimizi onların optimal effektivliyini təmin etmək üçün gücləndiririk. Eyni zamanda ABŞ və NATO-nun Rusiya üzərində hərbi üstünlüyünə imkan verməmək üçün konvensial qüvvələrimizi möhkəmləndiririk” - deyə general Gerasimov bildirib.

V.Gerasimov deyib ki, hazırda Qərb ölkələri təcavüzün yeni formalarından istifadə edir, hərbi və qeyri-hərbi vasitələri kombinə olunmuş formada tətbiq edir, bura iqtisadiyyat və informasiya yayımı da daxildir.

Rusiya ordusunun modernizasiyası layihəsi prezident Vladimir Putin tərəfindən təsdiqlənib. Bu plana görə Rusiya ordusunun hərbi arsenalı 70-100 faiz arasında yenilənməlidir.

Müdafiə naziri Sergey Şoyqu deyib ki, modernizasiya ilə yanaşı Rusiya hərbi-siyasi vəziyyəti nəzərə alaraq strateji zonalarda öz hərbi iştirakını artıracaq.

Qeyd edək ki, vaxtilə SSRİ-nin də dağılmasında neftin uçuzlaşmasının və sürətli silahlanmanın böyük rolu olub. Eyni aqibəti Rusiyanın da yaşayaçağı istisna deyil.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar