Ohanyandan təcili toplantı

Ermənistan müdafiə naziri Seyran Ohanyan 6 erməni əsgərinin Azərbaycan ordusu tərəfindən məhv edilməsi səbəbindən təcili müşavirə çağırıb.

Müşavirədə müdafiə nazirinin müavinləri və silahlı qüvvələrin baş qərargah rəisi, idarələrin müdirləri, hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak ediblər. Müşavirədə müzakirə olunan məsələlər barədə geniş məlumat verilməsə də mətbuata verilən açıqlamada bildirilib ki, erməni ordusunda baş verən son intihar halı müzakirə edilib.

Belə ki, açıqlamada general Aleksan Aleksanyanın xidməti araşdırmanın nəticələrinin müdafiə nazirinə təqdim edildiyi bildirilib. Seyran Ohanyan deyib ki, Aykaz Barseqyanın intiharına səbəb olan günahkarlar qanun üzrə cəzalandırılacaq.

Qeyd edək ki, bu gün silahlı qüvvələrimiz Azərbaycan-Ermənistan dövlət sərhəddinin Qazax rayonu sahəsində düşmən tərəfinin təxribatının qarşısını alarkən 6 erməni əsgərini məhv edib.

Yanvar ayı ərzində Ermənistan silahlı qüvvələri təxminən 23 əsgər itirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar