Tiflisdə etiraz aksiyası keçirildi -FOTO

Bu gün Tiflisdə "Vətənpərvərlər Alyansı"nın təşəbbüsü və təşkilatçılığı ilə müxtəlif qeyri-hökumət təşkilatlarının və şəhər sakinlərinin qatıldığı etiraz aksiyası keçirilib. Minlərlə insan axını küçələrə çıxaraq "Milli Hərəkat" partiyasının üzvlərini cəzalandırmağı tələb ediblər.

Musavat.com APA-ya istinadən xəbər verir ki, onlar yeni hökumətdən vədlərinə əməl etməyə çağırışlar səsləndiriblər. "Rustaveli" metrosunun qarşısında başlayan aksiyada iştirakçılar hüquq müdafiəçisi Yuri Vazaqaşvilinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

"Vətənpərvərlər Alyansı" qeyri-hökumət təşkilatının sədri İrma İnaşvili jurnalistlərə açıqlamasında keçmiş hökumət nümayəndələrinin hələ də saxlanılmamasına münasibət bildirib: "Bizim məqsədimiz odur ki, cəmiyyətin səsini Gürcüstan hökumətinə çatdıraq. Bildirim ki, cəmiyyətlə hökumət arasında əlaqə itib. Saakaşvili sərbəst şəkildə o ölkədən-bu ölkəyə gedir. Adeişvili saxlanılmayıb. Onlar bizə gülürlər. Vazaqaşvilini oğlunun qəbrini ziyarət edərkən öldürdülər. Biz buna səbr edə bilmərik", deyə İrma İnaşvili vurğulayıb.

İ. İnaşvili "Milli Hərəkat"ın ünvanına mənfi münasibətini də bildirib: "Biz uşaqlarımızın gələcəyi üçün çıxışlar etməliyik. "Milli Hərəkat"ın üzvləri illər boyu etdiklərini daha edə bilməyəcək", deyə İ.İnaşvili qeyd edib.

Aksiya iştirakçıları Bidzina İvanişvilinin iqamətgahına doğru yürüş ediblər.

İştirakçılar həmçinin "Tiflisin panoraması" layihəsinə də etiraz ediblər. Onlar əllərində müxtəlif şüarlar yazılan plakatlar, bayraqlar tutaraq Gürcüstan parlamentinin keçmiş binasının qarşısına və Tiflis şəhər bələdiyyə idarəsinə doğru hərəkət ediblər. Etiraz aksiyası zamanı polis patrul xidməti iştirakçıların təhlükəsizliyini qoruyub. İştirakçılar "Tiflis panoraması" layihəsinin əleyhinə Sololaki küçəsində "SOS" yazıblar. Aksiya Tiflisin qədim Sololaki yaşayış məhəlləsində sona çatıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar