Putin, Merkel və Olland arasında danışıq

Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland arasında bu gün telefon danışığı aparılıb.

Tərəflər Ukraynanın şərqindəki münaqişənin nizamlanması üzrə Minskdə keçirilən danışıqların mərkəzində atəşkəsin tezliklə tətbiqi və ağır silahların geri çəkilməsi məsələlərin olmasına ümid ifadə ediblər.

Qeyd edək ki, Ukraynanın şərqindəki münaqişənin nizamlanması üzrə üçtərəfli Təmas Qrupunun Minskdə keçirilən görüşü bu dəqiqələrdə başa çatıb.

Danışıqların nəticələri ilə bağlı hələlik məlumat yoxdur (APA).

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar